Məxfilik siyasəti
Son yenilənmə: 27.10.2026
Bu siyasət Bilbol mobil tətbiqindən və bilbol.az saytından (bundan sonra «Bilbol») istifadə edərkən hansı məlumatların toplandığını, nə üçün istifadə edildiyini və necə qorunduğunu izah edir. Bilbol uşaqlar, məktəblilər və abituriyentlər üçün təhsil xidmətidir, ona görə məlumatların minimum həcmdə toplanmasına xüsusi diqqət yetiririk.
1. Məlumatların idarəçisi
Bilbol-u Bilbol komandası (Bakı, Azərbaycan) idarə edir. Məxfiliklə bağlı bütün suallar üçün: [email protected].
2. Hansı məlumatları toplayırıq
| Məlumat | Nə vaxt | Nə üçün |
|---|---|---|
| E-poçt, ad, soyad (soyad məcburi deyil), şifrə | Hesab yaradanda | Hesaba giriş, nəticələrin saxlanması. Şifrə geri oxunmayan formada (hash) saxlanılır. |
| Dil, mərhələ, sinif, seçilmiş fənlər | Tətbiqi qurarkən | Uyğun dərslərin və testlərin göstərilməsi. |
| Test cəhdləri, cavablar, nəticələr, xallar, seriya, nailiyyətlər, liqa yeri, ulduzlar, seçilmiş stiker avatarı | Tətbiqdən istifadə zamanı | İrəliləyişin göstərilməsi, səviyyələrin açılması, gündəlik tapşırıqlar və reytinq. |
| Tətbiqin yaratdığı təsadüfi cihaz identifikatoru | Qonaq rejimində | Qeydiyyatsız edilən test cəhdlərini saxlamaq və hesab yaradılarsa onları hesaba köçürmək. Bu, reklam identifikatoru deyil və heç bir şəxsə bağlı deyil. |
| Texniki məlumatlar: IP ünvanı, sorğunun tarixi, brauzer və ya tətbiq versiyası | Hər sorğuda (server logları) | Xidmətin təhlükəsizliyi, sui-istifadənin qarşısının alınması və xətaların aradan qaldırılması. |
| Dost kodu (məsələn BIL-53122), dostlar siyahısı və dostluq təklifləri | Hesab yaradanda və dost əlavə edəndə | Dostları tapmaq, dostlarla yarışmaq. Birlikdə ilk dəfə oynadığın istifadəçi avtomatik dost olur. |
| Yarışlar: rəqib, seçilən fənlər, suallar, cavablar, cavab vaxtı, nəticə və yarış reytinqi | Dostla yarışanda | Real vaxtda oyun, nəticələr və 1/5/10/20/30 dəqiqəlik reytinqlər. |
| Push bildiriş tokeni və onlayn olub-olmama | Bildirişlərə icazə verəndə və tətbiq açıq olanda | Tətbiq bağlı olanda dostluq və yarış təkliflərini bildirmək, dostlara onlayn olduğunu göstərmək. |
| Beta test üçün ad və e-poçt | Saytda beta formunu doldurduqda | Test proqramına dəvət göndərmək. |
Toplamadığımız məlumatlar: yer (geolokasiya), kontaktlar, şəkillər, mikrofon və kamera məlumatları, reklam identifikatorları. Tətbiqdə reklam, analitika və ya izləmə (tracking) xidmətləri yoxdur, məlumatlarınız satılmır və reklam üçün istifadə olunmur.
3. Digər istifadəçilərə nə görünür
Həftəlik liqa və reytinq cədvəllərində digər istifadəçilər adınızı, soyadınızın baş hərfini (məsələn, «Aysel M.»), seçdiyiniz avatarı, sinif və ya yaş qrupunuzu və xallarınızı görür. Reytinqdə adınıza toxunan istifadəçi profilinizdə fənlər üzrə xallarınızı, bitirdiyiniz dərslərin sayını, ən uzun seriyanızı və nailiyyətlərinizin sayını da görə bilər. Bunu tətbiqdə Profil bölməsindəki «Profilimi başqaları görsün» açarı ilə istənilən vaxt söndürə bilərsiniz. Dostlarınız onlayn olub-olmadığınızı, yarışdakı rəqibiniz isə suallarınızı, cavablarınızı və nəticənizi canlı görür. Yarış reytinqində adınız, avatarınız və qələbə/heç-heçə/məğlubiyyət sayınız görünür. Dost kodunuzu yalnız onu sizdən alan şəxs axtara bilər, istifadəçilər siyahısına baxmaq mümkün deyil. E-poçtunuz və digər məlumatlarınız heç kimə göstərilmir.
4. Uşaqların məxfiliyi
- Bilbol-dan uşaqlar da istifadə edir. 13 yaşdan (və ya ölkənizdə qanunla müəyyən edilmiş yaşdan) kiçik uşaqlar üçün hesabı valideyn və ya qanuni nümayəndə yaratmalı və ya buna razılıq verməlidir.
- Uşaqlar qonaq rejimində heç bir şəxsi məlumat daxil etmədən istifadə edə bilərlər.
- Tətbiqdə reklam, alış-veriş (real pulla ödəniş) və ya istifadəçilər arasında yazışma yoxdur. Yarış zamanı yalnız hazır emoji reaksiyaları göndərmək olur, mətn yazmaq mümkün deyil.
- Valideyn razılığı olmadan uşaq haqqında məlumat toplandığını öyrənsək, həmin məlumatları silirik. Valideynlər [email protected] ünvanına yazaraq uşağın məlumatlarına baxılmasını və ya silinməsini tələb edə bilərlər.
5. Məlumatların ötürülməsi
Məlumatlarınızı satmırıq və üçüncü tərəflərə ötürmürük. Xidməti işlətmək üçün aşağıdakı texniki təchizatçılardan istifadə edirik:
- Server (hosting) təchizatçısı: verilənlər bazası və tətbiqin serveri.
- Cloudflare: domen, təhlükəsiz bağlantı (HTTPS) və sual şəkillərinin və səslərinin saxlanması. Bu fayllarda istifadəçi məlumatı yoxdur.
- Apple App Store və Google Play: tətbiqin yayılması. Onlar öz məxfilik siyasətlərinə uyğun işləyirlər.
- Expo push xidməti (Apple və Google bildiriş serverləri vasitəsilə): push bildirişlərin çatdırılması. Bildirişdə yalnız göndərənin adı və təklifin növü olur.
Sualların səsləndirilməsi yalnız sual mətnləri əsasında hazırlanır, bu prosesdə istifadəçi məlumatı ötürülmür. Qanunun tələb etdiyi hallarda məlumatlar səlahiyyətli dövlət orqanlarına təqdim oluna bilər.
6. Saxlama müddəti
- Hesab məlumatları hesab aktiv olduğu müddətdə saxlanılır.
- Hesab silindikdə bütün məlumatlar dərhal silinir, ehtiyat nüsxələrdən isə ən gec 30 gün ərzində.
- Server logları yalnız təhlükəsizlik və xətaların aradan qaldırılması üçün lazım olan qısa müddətdə saxlanılır.
- Beta tester məlumatları test proqramı bitənə qədər saxlanılır və ya istəyinizlə daha tez silinir.
7. Hesabın və məlumatların silinməsi
- Tətbiqdə: Profil bölməsi, Hesabı sil düyməsi.
- Saytda: Hesabı silmək səhifəsi.
- E-poçtla: hesabın e-poçt ünvanından [email protected] ünvanına yazın.
8. Təhlükəsizlik
Tətbiq ilə server arasında bütün əlaqə şifrələnmiş (HTTPS) bağlantı ilə aparılır. Şifrələr Argon2 alqoritmi ilə hash edilir. Məlumatlara giriş yalnız xidməti idarə edən şəxslə məhdudlaşdırılıb.
9. Hüquqlarınız
«Fərdi məlumatlar haqqında» Azərbaycan Respublikasının Qanununa və tətbiq olunan digər qanunlara (o cümlədən Avropa İttifaqının GDPR-ı) uyğun olaraq siz məlumatlarınıza baxmaq, onları düzəltmək (tətbiqin Profil bölməsində), silmək, emalına etiraz etmək və məlumatlarınızın surətini almaq hüququna maliksiniz. Bunun üçün [email protected] ünvanına yazın, 30 gün ərzində cavab veririk.
10. Dəyişikliklər
Bu siyasət dəyişə bilər. Yeni versiya bu səhifədə dərc olunur və yuxarıdakı tarix yenilənir. Əhəmiyyətli dəyişikliklər barədə tətbiqdə və ya saytda məlumat veririk.
11. Əlaqə
Bilbol komandası, Bakı, Azərbaycan
[email protected]